Fəzail Ağamalı namizədliyini verib

Fəzail Ağamalı

Milli Məclisin üzvləri Fəzail Ağamalı və Fərəc Quliyev qarşıdan gələn seçkilərdə yenidən deputatlığa namizədliklərini verəcəklər.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı APA-ya açıqlamasında yenə eyni dairədən - Salyan rayonundan namizədliyini verəcəyini deyib.

Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev isə partiya olaraq seçkidə iştirak etmək qərarına gəldiklərini və öz namizədliyini verrəcəyini bildirib.

O, dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı hazırda müzakirə apardıqlarını deyir.

Fəzail Ağamalı birinci, ikinci, üçüncü və dördüncü çağırış Milli Məclisin üzvü olub. Hazırda parlamentdə 60 saylı Salyan-Neftçala seçki dairəsini təmsil edir.

Fərəc Quliyev isə 2010-cu ildə 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçilib.

Azərbaycanda növbəti parlament seçkisi noyabrın 1-də keçiriləcək.