Rusiya tənqid qəbul eləmir

Eston Kohver

-

Rusiya eston zabitinə 15 illik həbs cəzasına görə Qərbin tənqidini qəbul eləmir. Bu həbsin Moskvayla Qərb arasında gərginliyi artırdığı bildirilir.

Rusiya Xarici İşlər Nazirliyi avqustun 20-də bildirib ki, məhkəmə Rusiya və beynəlxalq qanunlar çərçivəsində keçirilir, Kohver-in bütün hüquqları qorunub. Nazirlik Qərbi cinayət işini “siyasiləşdirmək”də ittiham edib.

Eston zabitə 15 il cəza kəsilməsi Tallinin qəzəbli reaksiyasını, Avropa Birliyi və Birləşmiş Ştatların tənqidini doğurub.

Kohver ötən sentyabrda casusluq ittihamıyla tutulub, onu Rusiya ərazisində saxlandığını bildirib. Tallin isə deyir ki, zabit sərhəd keçid məntəqəsində saxlanıb və həbsi qanunsuz adlandırıb.

Brüssel və Vaşinqton Rusiyanın bu işdə beynəlxalq qanunları pozduğunu bəyan edib.