“İslahatlar olmasa, İraq parçalana bilər”

İraqda etiraz aksiyaları

-

İraqın ali şiə ruhanisi Ayətulla Ali al-Sistani xəbərdarlıq edib ki, real islahatlar həyata keçirilməsə, ölkə çoxsaylı problemlərlə üzləşə, hətta parçalana bilər. Sistani İraqda böyük nüfuza malikdir. O, son həftələr ərzində bir neçə dəfə islahatlara çağırıb.

Həmin çağırışlardan sonra baş nazir Haidar al-Abadi böyük miqyaslı dəyişikliklərə və korrupsiyaya ilə mübarizəyə start verib.

Sistani avqustun 20-də Frans Pres agentliyinı yazıb ki, “bu gün korrupsiya ilə amansız mübarizə və müxtəlif səviyyələrdə sosial ədalətsizliyin dərki kimi əsl islahat aparılmasa, şərait əvvəlkindən də pis ola bilər” və İraq... parçalanmaya sürüklənə bilər”.

Sistani yüksək rütbəli rəsmiləri xalqın maraqlarını nəzərə almamaqda günahlandırıb.

Abadi kütləvi etirazlardan və Sistani-nin çağırışlarından sonra islahat proqramı elan edib. Parlament həmin planı dərhal dəstəkləyib.