Slovakiyanın qərbindəparaşütçülərdən ibarət 2 idman təyyarəsinin toqquşması nəticəsində 7 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Xəsarət alanların həyatı təhlükədə deyil.
L-140 Turbolet təyyarəlrində ümumilikdə 38 nəfər olub.
Ölənlərdən 4-ü polit, 3-ü isə idmançıdır.
Qalanları isə paraşütlərin hesabına sağ qala bilib.
Yerli KİV-lərin məlumatına görə, təyyarələrdən biri 1300 metrlik yüksəklikdə qəflətən aşağı düşməyə başlayıb və digər təyyarəyə çırpılıb.
Təyyarələr Çexiya sərhəddinin yaxınlığındakı Cerveni Kamen rayonuna düşüb.
Slovakiya Daxili İşlər Nazirliyinin məlumatına görə, uçuş, şou proqramına hazırlıq çərçivəsində keçirilirmiş.
Paraşütçülər qrup şəklində 4 min metrlik məsafətən tullanmalı imiş.