Pakistanda 40-dan çox yaraqlı öldürülüb

Foto arxiv

Foto arxiv

Pakistanın şimal-qərbində radikal islamçılara qarşı keçiriləın hava reydlərindəazı 43 yaraqlı öldürülüb. Bu barədə Pakistan komandanlığı məlumat yayıb.

Avqustun 20-də Əfqanıstan sərhəddinin yaxınlığında yerləşən 2 kəndə havadan zərbələr endirilib.

Əməliyyatın detalları və öldürülən yaraqlıların kimliyi və vətəndaşlığı barədə hələlik məlumat verilmir.

Pakistan ordusu 2014-cü ilin iyunundan Şimali Vəziristanda yaraqlılara qarşı irimiqyaslı hərbi əməliyyatlar keçirir.