Rusiya NATO təlimlərini təhlükə sayır

Arxiv fotosu

-

Rusiyalı deputatları NATO-nun Avropada təlimlərini müdafiə məşqindən çox təhlükə və provokasiya adlandırıb.

Swift Response 15 adlı müharibə oyunlarında 11 NATO ölkəsindən 5 min əsgər iştirak edir. Onlar Almaniya, İtaliya, Bolqarıstan və Rumıniya üzərində uçuşlar həyata keçirilər. Təlimlər avqustun 15-dən sentyabrın 13-dək davam edəcək.

ABŞ ordusu oyunları avqustun 18-də elan edəndə məqsədin “yüksək hazırlığı” və “güclü və təhlükəsiz Avropanı saxlamaq” bacarığını nümayiş etdirmək olduğunu deyib.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Komoyedov isə avqustun 19-dan söyləyib ki, Rusiya da cavabında qüvvələrini “həyəcan” durumunda saxlayır. Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosachyov isə bildirib ki, bu təlimlər Ukraynanın şərqində son gərginliyi daha da qızışdırır.