-
Avqustun 20-də futbol üzrə UEFA Avropa Liqasının "play-off" mərhələsinin oyunlarına start veriləcək.
Azərbaycanın iki klubu - “Qarabağ” və “Qəbələ” bu mərhələdə mübarizəyə qoşulacaq.
"Qarabağ" Bakı vaxtıyla saat 23-də İsveçrədə "Young Boys" klubuyla qarşılaşacaq.
“Qəbələ” isə saat 21:00-da Bakının "Bakcell Arena" stadionunda Yunanıstanın "Panatinaikos" klubunu qəbul edəcək.
Avqustun 20-də Avropanın yaşıl meydanlarında ümumilikdə 20 matç oynanılacaq. Cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.
İki oyunun nəticəsinə görə, klublar Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmış olacaqlar.