-
The Wall Street Journal qəzetin baş müxbirlərindən birinin İran hökuməti üçün casusluq etməsinə dair İran mediasının ittihamlarını rədd edib.
İranın Kayhan qəzeti və digər mətbu orqanları Farnaz Fassihi-ni Obama administrasiyasının vasitəçisi adlandırıb. Onun 2009-cu ildə İranda müxalifət Yaşıl Hərəkatla əlaqə yaratmağa çalışdığı bildirilir.
Fassihi 2003-2014-cü illərdə qəzetin İran və Yaxın Şərq üzrə müxbiri işləyib, hazırda Nyu Yorkdadır. Qəzet ittihamları “tamamilə saxta və məsuliyyətsiz” adlandırıb.
İttihamlar ilk dəfə avqustun 12-də Kayhan qəzetində dərc olunub, daha sonra konservativ mediada yayılıb. Kayhan İranın ali dini lideri Ayatollah Ali Khamenei-nin ruporu sayılır.