AB Leyla və Arif Yunusların həbsi barədə

Federica Mogherini

Avropa Birliyi azərbaycanlı hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən dərin narahatlığını bildirib.

Birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Nümayəndəsi Federica Mogherininin yaydığı bəyanatda prosesin ciddi nöqsanlarla keçirildiyi qeyd olunur.

Avropa Birliyi Azərbaycanı Leyla və Arif Yunusları azad etməyə, onların işinə şəffaf və ədalətli şəkildə yenidən baxmağa çağırır.

Bakı Ağır Cinayətlər Məhkəməsi avqustun 13-də Leyla Yunusu 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edib.

Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Beynəlxalq təşkilatlar məhkəmənin hökmündən sonra Leyla və Arif Yunusları dərhal azad etməyə çağırıb.