Avqustun 19-da Zaqatalanın Aşağı Tala kəndindəsakinlərə məxsus fındıq bağları, otlaq sahələr və ətraf ərazilərdə yanğın baş verib.
APA-nın məlumatına görə, nəticədə bir neçə sakinə məxsus 2 hektar fındıq bağı, 4 hektar quru ot sahəsi, ətrafdakı ağaclar və, ərazidə olan 300-ə yaxın quru ot bağlaması yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb.
Faktla bağlı Zaqatala rayon DYMH-də araşdırma aparılır.