İstanbulda 2 yaraqlı həbs olunub

Foto arxiv

İstanbulda Dolmabaxça sarayını qoruyan polislərə atəş açan 2 yaraqlı həbs olunub.

Baş nazir Ahmet Davutoglunun ofisi həmin kompleksdə yerləşir.

Türkiyə “Doğan” agentliyinin məlumatına görə, yaraqlılar hadisə yerinin yaxınlığında yaxalanıb.

Hadisə yerinə təcili yardım maşınları gəlib və ərazi nəzarətə götürülüb.

Bu insident Türkiyə ordusunun kürd yaraqlıları və İslam Dövləti qrupuna qarşı apardığı mübarizə fonunda baş verib.

Bundan başqa prezident Recep Tayyip Erdogan avqustun 19-da parlament sədri ilə yeni hökumət yaradılmasını müzakirə eləməlidir.

Son həftələr Türkiyədə İslam Dövləti qrupu, kürd yaraqlıları və solçu qüvvələrlə əlbir olmaqda şübhəli bilinən 1000-dən çox adam həbs olunub.