Almaniya parlamenti Yunanıstana yardım paketini dəstəkləyib.
Almaniyanın maliyyə naziri Wolfgang Schäuble sesiya başlanarkən deputatları bu qərarı dəstəkləməyə çağırıb.
O qeyd edib ki, Yunanıstana yeni yardım paketi təkcə Afina yox, Avropa üçün də vacibdir və Yunanıstan parlamenti artıq islahatlarla razılaşıb.
Avqustun 19-u axşam bu məsələni rtelefonla Avrozona ölkələrinin maliyyə nazirləri də müzakirə etməlidirlər.
Söhbət Yunanıstana 26 milyard avro yardım ayrılmasından gedir.
Yunanıstana 3-cü yardım paketinin ümumi həçmi isə 86 milyard dollardır.
Afina avqustun 20-də Avropa Mərkəzi Bankına 3,4 milyard avroluq borc ödəməlidir.