Müsahibəyə görə uzaq həbsxanaya göndərildi

Mahmadruzi Iskandarov

-

Həbsdə olan tacik siyasətçisi AzadlıqRadiosuna müsahibəsindən sonra xeyli uzaqda yerləşən cəzaçəkmə müəssisəsinə göndərilib.

Tacikistan Demokratiya Partiyasının keçmiş lideri Mahmadruzi Iskandarov hazırda 23 illik cəza çəkir. O, AzadlıqRadiosuna müsahibəsində 1997-ci ildə Tacikistanda vətəndaş müharibəsinə son qoyan sülh razılaşmasını sual altına alırdı.

1992-ci ildə başlamış həmin müharibədə azı 50 min nəfər həlak olub. Iskandarov müsahibəsində deyirdi ki, razılaşma “yanlış”, sülh isə “saxta” olub.

Iskandarov-un qardaşı Abbosiddin Homidov avqustun 18-də AzadlıqRadiosuna deyib ki, siyasətçi müsahibədə “fikirlərini ifadə etdiyinə görə” başqa həbsxanaya transfer olunub. O, paytaxt Düşənbədəki həbsxanadan uzaq Vahdat şəhərindəki cəzaçəkmə müəssisəsinə aparılıb.

Rəsmilər transferi təsdiqləsələr də, əlavə şərh verməyiblər.

Iskandarov 2005-ci ildə terrorçuluq, qanunsuz silah saxlamaq, mənimsəmə və digər cinayətlərsə təqsirli bilinərək 23 illik cəzaya məhrum edilib. Tərəfdarları ittihamların siyasi motivli olduğunu deyir.