-
İki il öncə yeddi uşaq daxil olmaqla, 16 dinc əfqanı qətlə yetirdiyinə görə məhkum olunmuş ABŞ əsgəri zorakılıq işarələri göstərirmiş. Bu, heç də onun belə bir cinayəti həyata keçirəcəyini göstərməyib. Bunu hərbi təhqiqat avqustun 18-də üzə çıxarıb.
Ordu serjantı Robert Bales ömürlük həbs cəzası alıb. O, 2013-cü ilin avqustundakı qətllərdən bir ay öncə əfqan yükü maşını sürücüsünə hücum edib. Bales hərbi qadağaları pozaraq steroid və alkoqol qəbul edibmiş və onu görənlər “qəzəbli sərxoş” kimi təsvir ediblər.
Ancaq problemi davranış heç də onun irimiqyaslı qəddarlıq törədəcəyini göstərməyib, ABŞ Mərkəzi Komandanlığının hesabatında deyilir. Sənədə görə, Bales-in tabeliyində olanlar yenə də əvvəlki insidentlərə diqqət ayırmalıydılar. Bales bir dəfə əsgərlərə deyibmiş ki, bir əfqan əsgərini güllələyəcək, çünki “o, insan deyil”. O, “əfqanları və iraqlıları çıxmaq şərtilə” irqçi olmadığını da deyibmiş.