Gürcüstanın separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiya vizasız gediş-gəliş barədə razılaşma imzalayıblar.
Razılaşma Abxaziya nümayəndə heyətinin avqustun 27-də Cənubi Osetiyaya səfəri zamanı imzalanıb.
Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun bu separatçı bölgələrini müstəqil dövlətlər kimi tanıyıb.
Gürcüstan və Qərb bunun büynəlxalq hüquqa zidd olduğunu deyirlər.