Avqustun 17-də İspaniya superkubokunun qalibi bəlli olacaq.
"Barselona" və "Atletik" arasında Bilbaoda keçirilən ilk oyunda "Atletik" 4:0 hesabı ilə qalib gəlib.
"Nou Kamp"da keçirilən cavab görüşü Bakı vaxtı ilə saat 01:00-da başlayır.
Qeyd edək ki, "Barselona" ötən mövsüm İspaniya kubokunun finalında “Atletik” klubunu 3:1 hesabı ilə məğlub edib.
Qaydalara əsasən "Barselona" La Liqa və ölkə kubokunun qalibi, "Atletik" isə ölkə kubokunun finalçısı olduqlarına görə, superkubokda iştirak hüququ qazanıblar.