Türkiyədə 40 gündə 42 hərbçi həlak olub

Türkiyənin Binğöl əyalətində PKK terrorçuları hərbçilərin keçdiyi yolda bomba partladıblar.

Partlayış nəticəsində 3 hərbçi həlak olub, 6 nəfər yaralanıb.

Son 40 gün ərzində terrorçulara qarşı mübarizədə Türkiyə Silahlı Qüvvələrinin 42 hərbçisi həlak olub.