Azərbaycan boksçusu çempionata vəsiqə qazanıb

Avqustun 15-də Bolqarıstanda keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan boksçusu Rüfət Hüseynov bürüncü medal qazanıb.

Bununla da Rüfət Hüseynov oktyabrda Qətərdə keçiriləcək dünya birinciliyinə vəsiqə qazanıb.