Jurnalisti öldürənlərin həbs müddəti uzadıldı

Oles Buzyna

-

Kiyevdə Şevçenko rayon məhkəməsi jurnalist Oles Buzyna-nın ölümündə şübhəli bilinən Denys Polischuk-la bağlı həbs-qətimkan tədbirini daha 60 gün artırıb.

Bu haqda Kiyev şəhər prokurorluğunun mətbuat xidməti xəbər yayıb.

Avqustun 14-də məhkəmə şübhəli bilinən ikinci şəxs Andriy Medvedko-nun həbs müddətini daha iki ay uzatmışdı.

Ukraynalı jurnalist Oles Buzyna bu il aprelin 16-da Kiyevdəki evinin qarşısında güllələnib. İyunda prokurorluq onun qətlində şübhəli bilinən iki nəfərin həbsi haqda məlumat yayıb.

Oles Buzyna Ukraynada Rusiyayönümlü mövqeyi ilə tanınırdı, «narıncı inqilab» əleyhdarlarından idi.