Yaraqlılar hökumət mövqeyinə raket atır

Suriya

-

Avqustun 13-də Suriyanın Latakia liman şəhərində yaraqlılar prezident Bashar al-Assad rejiminin mövqelərinə raket zərbəsi endirib. İki dinc sakin həlak olub, onlarla yaralı var.

Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, raketləri islamçı yaraqlılar atıb. Qrup bildirir ki, islamçı silahlılar və Al-Qaeda-ya bağlı Nusra cəbhəsi ərazidə iki strateji təpəni ələ keçirməyə çalışırlar.

Latakiada partlayış nadir hallarda baş verir. 2011-ci ildə vətəndaş müharibəsi başlanandan bu şəhərdə nisbətən sakitçilik hökm sürüb.