Bağdadda azı 54 nəfər həlak olub

Arxiv fotosu

-

Avqustun 13-də səhər tezdən Bağdadın ərzaq bazarında yük maşınına qoyulmuş bomba partlayıb, azı 54 nəfər həlak olub.

Yük maşını Bağdadın Sadr City adlanan, şiələr yaşayan ərazisində partladılıb.

Polis hücumda azı 86 nəfərin yaralandığını bildirir. Xəstəxana rəsmiləri bu rəqəmi təsdiqləyib.

Partlayış üçün məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq adətən Bağdadın şiə yaşayan məhəlləsinə sünni ekstremistlər hücumlar təşkil edirlər.