Rasim Əliyevlə bağlı daha bir bəyanat

Rasim Əliyev xəstəxanada

-

Avropa Jurnalistlər Federasiyasi və Beynəlxalq Jurnalistlər Federasiyası Rasim Əliyevin ölümündən dərin sarsılıblar.

“Azərbaycanda jurnalist və hüquq müdafiəçilərinə qarşı zorakılıq aktları cəzasızlıq mühitinə görə cəzasız qalır. Jurnalistlər, hər bir vətəndaş, Azərbaycanda heç bir təhdid olmadan öz sosial şəbəkələrində fikir, şərhlərini sərbəst bölüşə bilməlidirlər”.

Avropa Jurnalistlər Federasiyasının prezidenti Mogens Blicher bildirib.

Bəyanatda jurnalistlərə qarşı davam edən təzyiqlərin dayandırılmasına, həbsdə olan jurnalistlərin azad edilməsinə çağrılır.

Rasim Əliyev avqustun 8-də döyülüb və bir gün sonra xəstəxanada keçinib. Döyülməsinə səbəb facebookda “Qəbələ” komandasının futbolçusunu tənqid etməsi olub.