-
İraqın baş naziri son həftələr ölkədəki kütləvi etiraz aksiyalarına cavab olaraq irimiqyaslı hökumət islahatı təklif edib. Avqustun 9-da facebook statusunda Haidar al-Abadi xərclərin azaldılması və korrupsiya ilə mübarizə məqsədilə vitse-prezident və baş nazirin müavini vəzifələrinin ləğvinə çağırıb.
Abadi həmçinin hökumət vəzifələrinin partiya və təriqətlərə uyğun paylaşdırılması praktikasına qon qoymağa çağırıb. Abadi-nin sözçüsü jurnalistlərə deyib ki, nazirlər kabineti islahat təkliflərini dəstəkləyib.
İraqda 3 vitse-prezident var. Abadi-nin siyasi rəqibi, keçmiş baş nazir Nuri al-Maliki də hazırda vitse-prezidentdir.
Bu ayın əvvəlində baş nazirin müavini Bahaa al-Aaraji Maliki hökumətini 2004-2014-cü illərdə 1 trilyon dollarlıq neft gəliri və beynəlxalq yardımı israf etməkdə günahlandırıb.
Avqustun 7-də minlərlə iraqlı korrupsiyaya və pis xidmətlərə qarşı etirazlara çıxıb.