-
Əfqanıstanda törədilən partlayışda azı 22 nəfər ölüb.
Partlayış Gunduz əyalətində baş verib. Partlayışı talibançı törədib.
Avqustun 7-də də Kabildə minalanmış maşınının partladılması nəticəsində 15 nəfər ölmüşdü. Elə həmin gün Polis Akademiyasının ətrafında törədilən partlayışda isə 27 nəfər həlak olmuşdu.