İŞİD televizora baxmağı qadağan etdi

Arxiv fotosu

-

Terror təşkilatı İŞİD Suriyanın şimalında, nəzarətində saxladığı Rakka şəhərində sakinlərə televizora baxmağı qadağan edib. 
Rakka sakinləri bildirib ki, İŞİD ancaq cümə günləri Qurani-Kərimə qulaq asmağa icazə verir.

İŞİD bundan əvvəl Rakkada internetə qadağa qoymuşdu. 

Hazırda şəhər sakinləri bir tərəfdən İŞİD-in təzyiqləri, digər tərəfdən koalisiya qüvvələrinin hava hücumlarından əziyyət çəkir.