"Qəbələ" pley-off mərhələsindədir

Arxiv fotosu

-

Avqustun 6-da Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Kiprin “Apollon” klubunu qəbul edib.

Oyun “Bakcell arena”da keçirilib və “Qəbələ” 1:0 hesabıyla qələbə qazanıb. İlk qarşılaşmada hesab 1:1 olmuşdu.

Beləliklə, “Qəbələ” tarixində ilk dəfə avrokubokda pley-offa yüksəlib.