Rusiya hakerlərindən şübhələnirlər

Foto illüstrasiya

-

ABŞ Silahlı QÜvvələri Baş Qərargahının email şəbəkəsinə kiberhücuma görə əsas şübhəli sayılan Rusiyadır. Hücum nəticəsində hərbi komandanlıq sistemi bağlamalı olub. Xəbəri ABŞ rəsmiləri avqustun 6-da yayıb.

Emailə əlavə olunmuş məlumatları ikinci dəfə yoxlayanda sistemə virus salırlar. Hakerlər sürətlə xeyli məlumat toplayan avtomatlaşmış sistemdən istifadə ediblər, ancaq hansısa məxfi informasiyanın ələ keçirilmədiyi bildirilir.

Rəsmilər Reuters-ə deyiblər ki, hücumda xarici dövlətin izləri var.

Hazırda araşdırma gedir. Hücumun Pentaqonun qalan hissəsinə təsiri olmayıb.