Cəlilabadda taxıl sahəsi yanıb

Foto illüstrasiya

-

Avqustun 6-da axşam saatlarında Cəlilabadda 1000 ha biçilmiş taxıl sahəsi və elektrik dirəkləri qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, ərazi rayonun Qarakazımlı, Zərbəli, Moranlı kəndlərində bələdiyyəyə məxsus olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri barədə məlumat verilmir.