İraqlılar etiraz aksiyası keçirir

Arxiv fotosu

-

Korrupsiya və pis xidmət, özəlliklə də yayın istisində elektrikin kəsilməsindən şikayətlənən iraqlılar avqustun 4-də etiraz aksiyasına çıxıblar. Məhdud və dinc olmasına baxmayaraq, bu etiraz baş nazir Haider al-Abadi hökumətinin çətinliklərini xarakterizə edir. Bu arada hökumət qüvvələri ölkənin qərbindəki Anbar vilayətini İslam Dövləti (İD) yaraqlılarından almağa hazırlaşır.

Şahidlər yüzlərlə etirazçının Bağdaddan 300 kilometr cənubşərqdə Amara şəhərində hökumət əleyhinə şüarlar səsləndirdiyini, elektrik, iş yerləri, islahatlar tələb etdiyini bildirir.

Hökumət əleyhinə etirazlar iyulun 31-də Bağdadda başlanıb və son günlər Basra, Nəcəf, Babil, Nasiriya şəhərlərinə yayılıb.

İraqda temperaturun müsbət 50 dərəcəni aşması elektrikin tez-tez kəsilməsinə səbəb olur. Hökumət ötən həftəsonu 4 günlük istirahət elan edib.

“Daesh-dən savayı, elektrikin kəsilməsindən də əziyyət çəkirik,” Amaradakı etirazçılar İD-nin slenq adından istifadə ediblər.