Arvadını, uşaqlarını öldürəni tutdular

Oleg Belov-un qurbanları

-

Altı uşağını və hamilə həyat yoldaşını öldürüb doğramaqda şübhəli bilinən kişi Rusiyanın mərkəzi Vladimir regionunda saxlanıb. Qətl hadisəsi Nijni Novqorod şəhərində baş vermişdi.

Rusiya Daxili İşlər Nazirliyinin Vladimir region üzrə sözçüsü Elena Alekseeva avqustun 4-də Rusiya mediasına bildirib ki, şübhəli Oleg Belov Kovrov şəhərində polisə müqavimət göstərsə də saxlanıb. Əməliyyatda heç bir polis xəsarət almayıb.

Rusiya Baş Prokurorluğunun yaydığı məlumata görə, uşaqlar bağçaya getmədiyinə görə bağça işçiləri iyulun 25-də polisə müraciət edib.

Mənzilin qapısını açan olmadığından polis evə pəncərədən girməli olub.

Mənzildə uşaqların doğranmış meyitləri aşkarlanıb. Uşaqlar 1-7 yaşlı olub. Onların anasının da öldürüldüyü bildirilir.