Üç qəsəbədə qaz məhdudiyyəti olacaq

-

Avqustun 5-də saat 10-dan 18-dək Bakının üç qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, aparılan təmir işləri ilə bağlıdır. Bu haqda SOCAR-ın məlumatında deyilir.

Təmir müddətində Xəzər rayonunun Mərdəkan və Şüvəlan, eləcə də Pirallahı rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Quba rayonunun qaz təchizatına təsir göstərməsi də mümkündür.