Xınalıq yolu açılıb

Arxiv fotosu

-

Quba rayonunun “Qızılqaya” adlanan ərazisinə yağan güclü leysan yağışı nəticəsində yaranan sel Quba-Xınalıq yolunun 70-80 metrlik hissəsinin bağlanmasına səbəb olub.

Güclü sel suları diametri 1,5 metr olan iki suötürücüsünün girişini tutub. Nəticədə yolun kənarına dolan sel suları yolun hərəkət hissəsini aşıb. Palçıq və daş Quba-Xınalıq yoluna dolaraq yolu bağlayıb. Sel nəticəsində yola xeyli ziyan dəyib.

Xəbəri Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC yayıb.

Məlumatda deyilir ki, hadisə yerinə xüsusi texnika və canlı qüvvə gətirilib. Palçıq və daşla örtülən yolun kənarı ilə alternativ yol salınıb. Quba-Xınalıq və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Bundan sonra yolun açılması üçün işlər başlanıb. Gecədən gün yarım davam edən işlər nəticəsində yolun alt hissəsindən keçən hər iki suötürücüsü və yolun hərəkət hissəsi palçıq və daşlardan təmizlənib. Yol nəqliyyat üçün bərpa edilib.