17 yaşlı gənc dənizdə batıb

Arxiv fotosu

-

Avqustun 2-də Xəzər dənizində bir nəfər batıb.

Hadisə Abşeron rayonunda, sularda xilasetmə məntəqəsindən, təxminən, 2 kilometr aralı, nəzarət olunmayan ərazidə baş verib.

Batan 17 yaşlı Mehman Dövlətov olub. Xilasedicilər onun cəsədini elə batdığı yerdən tapıblar.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.