Sürücü qəzada yanaraq ölüb

Arxiv fotosu

-

Avqustun 2-də axşam Bakının Xəzər rayonunda “LEXUS”, “LAND ROVER” və “ЗАЗ” markalı minik maşınları toqquşub.

Qəza nəticəsində Ağabala Hüseynova məxsus “ЗАЗ” markalı maşın yanıb. Sürücü hadisə yerində yanaraq ölüb. Yanğın saat 20:51-də söndürülüb.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.