Arda zədələndi

Arda Turan

"Barselona"nın yeni transferi Arda Turan məşq zamanı zədələnib.

Qol.Az-ın məlumatına görə, klubdan verilən açıqlamada onun sağ ayağından zədələndiyi bildirilir.

Onun meydana nə vaxt çıxacağı tibbi müayinədən sonra bilinəcək.

İyulda "Atletiko"dan "Barselona"ya transfer olunan Arda Turan kluba qoyulan qadağaya görə yanvaradək meydana çıxa bilməyəcək.