Almaatı, yoxsa Pekin

Foto arxiv

Beynəlxalq Olimpiya Komitəsində 2022-ci il Qış Olimpiya oyunlarına ev sahibliyi ilə bağlı səsvermə keçirilir.

Seçim Almaatı və Pekin arasında edilir.

İyulun 31-i Malayziyada keçirilən gizli səsvermədə Komitənin 85 üzvü iştirak edir.

2008-ci ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edən Pekin qış və yay olimpiyalarının keçirildiyi ilk şəhər olmağa çalışır.

Almaatı isə Orta Asiyada Olimpiyadanın keçirildiyi ilk şəhər olmağa çan atır.