ABŞ əlavə sanksiyalar qoyur

Gennady Timchenko

-

Birləşmiş Ştatlar Rusiya və Ukrayna ilə bağlı əlavə sanksiyalar qoyub. Bu sanksiyalar Krım liman operatorlarına, Ukraynanın keçmiş məmurlarına, keçmiş Rusiya qaz ticarətçisinə aiddir.

ABŞ Maliyyə Nazirliyi iyulun 30-da bildirib ki, iyulun 30-da 26 fərd və müəssisənin adı qara siyahıya salınıb və ABŞ-ın yurisdiksiyasında olan sərvətləri dondurulub. Qara siyahıda olanlarla amerikalıların biznes qurması da qadağan olunur. Rəsmilər deyir ki, məqsəd mövcud sanksiyaların effektini saxlamaqdır.

8 müəssisə və fərdin adı rusiyalı maqnat Gennady Timchenko-ya dəstək göstərdiyinə görə siyahıya salınıb. Tanınmış qaz ticarətçisinə əvvəl də, Rusiya Krımı qanunsuz ilhaq edəndən sonra sanksiya qoyulmuşdu. Rusiyalı biznesmen, prezident Vladimir Putin-in yaxın dostu Boris Rotenberg, eləcə də onun oğlu Roman Rotenberg-ə dəstək göstərən iki müəssisənin adı da siyahıyadadır.