Penitensiar xidmət təkzib edir

İlqar Məmmədov

Ədliyyə Nazirliyi Penitensiar xidməti həbsxanada REAL hərəkatının sədri İlqar Məmmədova fiziki təzyiqlər olması ilə bağlı REAL-ın yaydığı məlumatı təkzib edib.

Xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, İlqar Məmmədova hücum edilməsi və xəsarət alması barədə yayılan məlumatlar doğru deyil.

REAL hərəkatı iyulun 30-da bəyanat yayaraq, son vaxtlar İlqar Məmmədova fiziki təzyiqlər göstərildiyini, iyulun 29-da isə cəzaçəkmə müəssisəsində bir nəfərin ona hücum etdiyini bildirib.