Moskvada “Sberbank”a basqın edilib.

Foto arxiv

Moskvada “Sberbank”ın ofisinə silahlı basqın edilib.

Naməlum şəxslər bankın girişində atəş açaraq 2 nəfəri ağır yaralayıblar.

Bankın mühavizəçisi dərhal qapıları bağlayıb. Hadisə yerində araşdırma aparılır.

Rusiya KİV-lərinin məlumatına görə, xəsarət alanlarbankda külli miqdarda pulu olan müştərilərdir.

Hücum edənlər hadisə yerindən maşınla qaçıblar, axtarış aparılır.