Türkiyə ordusu PKK-nın mövqelərini vurub

Turkish F-16

Türkiyənin qırıcı təyyarələri ölkənin cənub-şərqində PKK yaraqlılarının mövqelərinə zərbələr endiriblər.

Bu barədə Türkiyənin baş qərargahı məlumat yayıb.

Məlumatda PKK-ya məxsus bir neçə hərbi düşərkənin tamamilə dağıdıldığı bildirilir.

Kürd yaraqlıları isə buna cavab olaraq Diyarbəkrlə Muş şəhərlərini birləşdirən yoldakı 2 körpünü partladıblar.