III təsnifat mərhələsinin püşkü atılıb

UEFA logo, undated

İyulun 29-da futbol üzrə Avropa Liqası III təsnifat mərhələsinin püşkü atılıb.

Azərbaycanın "İnter" və "Qəbələ" klublarının növbəti potensial rəqibləribəlli olub.

Əgər “Qəbələ” "Çukariçki"ni keçə bilsə, növbəti mərhələdə "Apollon" (Kipr) - "Trakay" (Litva) cütünün qalibi ilə görüşəcək.

“İnter” isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Hafnarfyordur" klubunu ötə bilsə, III təsnifat mərhələsində İspaniyanın “Atletik” (Bilbao) klubu ilə qarşılaşacaq.

III təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab görüşləri isə avqustun 6-da keçiriləcək.