-
İyulun 28-də Novosibirskdə 3 müxalifət fəalı hakimiyyətin onları yerli seçkiyə buraxmamaq qərarına etiraz olaraq aclığa başlayıblar. Leonid Volkov, Yegor Savin və Sergei Boyko-nun yerli seçkidə iştirak üçün təqdim etdikləri imzaları seçki komissiyası qəbul etməyib.
Müxalifət sentyabrda keçiriləcək seçkiyə gələn ilki parlament seçkisinə hazırlıq kimi baxır.
3 müxalifətçi deyir ki, Mərkəz Seçki Komissiyası onların işinə baxanadək etirazı davam etdirəcəklər.
Komissiya onların təqdim etdiyi 11 min 600 imzanın 1300-də problem olduğunu deyib. Volkov-un sözlərinə görə, komissiya köhnə ID məlumat bazasından istifadə edir.