Sumqayıtda özünü yandıran şəxs keçinib

Foto arxiv

Iyulun 24-də Sumqayıtda baş verən intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Sumqayıt Şəhər Prokurorluğunun məlumatında bildirilir ki, 1955-ci il təvəllüdlü Məhəmməd Əliyev iyulun 24-də şəhərin Zeynalabdin Tağıyev qəsəbəsində üstünə neft tökərək özünü yandırıb və iyulun 27-də xəstəxanada keçinib.

Faktla bağlı şəhər prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb və ekspertizalar təyin edilib.

Hazırda intiharın səbəbinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri keçirilir.