İranla Avropa Birliyi danışıqlara başlayacaq

Mohamad Javad Zarif və Federica Mogherini

İranla Avropa Birliyi yüksək səviyyədə danışıqlara başlamaq qərarına gəliblər.

Bunu İranın xarici işlər naziri Mohammad Javad Zarif iyulun 28-də Tehranda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini ilə görüşdən sonra bəyan edib.

Mogherini İranla yekun nüvə sazişini müzakirə eləmək üçün Tehrana 1 günlük səfərə gedib.

Mogherini isə görüşdən sonra bildirib ki, onlar energetika sahəsində əməkdaşlıq və insan haqları sahəsi də daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.

Zarif danışıqların yaxın gələcəkdə başlanacağını bildirib.

Tehranla 6 dünya ölkəsi arasında əldə edilmiş razılaşmada İranın nüvə proqramını dondurması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvi nəzərdə tutulur.