Futbol matçında meydana mərmi düşüb

Foto arxiv

İraqda futbol oyunu vaxtı meydana mərmi düşüb.

Nəticədə azı 4 nəfər ölüb.

İnsident iyulun 27-də Diyala əyalətində baş verib.

Təhlükəsialik xidmətinin məlumatına görə, Abu-Saidada yerli kubokun finalında meydana 3 əldədüzəltmə mərmi atılıb.

Bu şəhər Bağdadın 75 kilometrliyində yerləşir.

Azı 10 nəfərin yaralandığı bildirilir.

Bu ərazi demək olar ki, şiə yaraqlılarının nəzarətindədir.

Adətən son vaxtlar Diyala əyalətində törədilən hücumların arxasında İslam Dövləti qrupu durur.