Rusiya holland güllərini qadağan edə bilər

-

Rusiya deyir ki, Niderlanddan kəsilmiş güllərin idxalını qadağan etməyi nəzərdən keçirir. Bu addım iki ölkənin onsuz da gərgin münasibətlərini daha da pisləşdirə bilər.

Rusiya bu qadağanın mümkün olduğunu bildirir. Yəni daha öncə medianın yazdığı kimi, qadağa hələ qüvvəyə minməyib.

Rosselkhoznadzor rəsmisi iyulun 27-də RIA-Novosti agentliyinə deyib ki, holland güllərinin Rusiyaya ixracının sertifikatlaşdırılması prosesini nəzərdən keçirməyi Avropa Birliyindən xahiş edib.

Agentlik güllərdə “karantin orqanizmlərin” olmasından narahatlığını bildirib.

İki ölkənin münasibətləri ötən ilin iyulunda Ukrayna üzərində Malayziya təyyarəsinin vurulmasından sonra pisləşib. Təyyarədəki 298 sərnişinin çoxu Niderland vətəndaşı idi.

Niderland hadisənin araşdırılması üçün BMT tribunal yaradılmasını istəyir, Rusiya belə bir qətnaməyə veto qoyacağını bildirir.