Obama İran sazişini müdafiə edir

Barack Obama Efiopiyada mətbuat konfransında

-

ABŞ prezidenti Barack Obama İranla nüvə sazişinə respublikaçıların hücumlarını “kədərli olmasa da gülünc” adlandırıb. O, respublikaçılardan prezidentliyə namizəd olmaq istəyənlərin həmin sənədə hücumlarını şərh edib.

İyulun 27-də Afrikaya səfəri zamanı televiziya kameralarına danışan Obama deyib ki, bəzi namizədlərin ritorikası əslində diqqəti Donald Trump-dan yayındırmağı hədəfləyir. Biznesmendən prezidentliyə iddiaçıya çevrilmiş Trump-ın populyarlığı respublikaçıları üstələyə bilər.

“Ola bilsin bu, sadəcə cənab Trump-ı xəbər başlıqlarından çıxarmaq məqsədi daşıyır, ancaq Amerikaya indi bu cür liderlik lazım deyil”. Obama Efiopiyada mətbuat konfransında danışıb.

İndiyədək Obama respublikaçılarla ancaq siyasətdəki fərqlərə toxunub, konkret namizədlərin adlarını çəkməyib.