Xaçmazda yanğın baş verib

Foto arxiv

İyulun 27-də Xaçmazda yanğın baş verib.

ANS-Press-in məlumatına görə, yanğın saat 14:20 radələrində uzun illərdi ki, fəaliyyəti dayandırılmış konserv zavodunda baş verib.

Zavodun hərazisindəki quru ot və kol-kosdan başlayan yanğın köhnə tikililərə də keçib.

Alovu söndürmək üşün hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib.

İlkin məlumata görə, ölən və ya xəsarət alan olmayıb.