Toyda atışmada azı 20 nəfər ölüb

Arxiv fotosu

-

Əfqanıstanın şimalında toy mərasimində atışma baş verib, azı 20 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bağlan vilayətinin qubernatoru Jaweed Basharat deyib ki, atışma iyulun 26-da Əndərab rayonunda toya gəlmiş iki qrup arasında başlanıb. Ölənlərdən çoxu qonaqlardır.

Polisin məlumatına görə, həmin qruplar çoxdanın düşməni imişlər. Atışmaya səbəb də yerli polis zabitinin qohumunun qətlə yetirilməsi olub.