Ukraynanın ədliyyə nazirliyi yeni qanundan sonra kommunistlərin qarşıdan gələn yerli seçkilərdə iştirakını qadağan edib.
Nazir Pavel Petrenko iyulun 24-də bildirib ki, 3 kommunist partiyası oktyabr seçkilərinə buraxılmayacaq.
O həmçinin bu partiyaların qadağan olunması ilə bağlı iddia qaldırılacağını bildirib.
Əvvəllər Ukraynada nüfuzlu qüvvələrdən olan Kommunist partiyası 2012-ci ildə keçirilən parlament seçkisində 13 faiz səs toplamışdı.
Amma partiya devrilmiş prezident Viktor Yanukovychi dəstəklədiyindən reytinqi kəskin düşüb.
2014-cü ildə Ukraynada keçirilən seçkilərdə kommunistlər 4 faizdən də az səs topladı.
Ukraynada keçmiş Sovet simvolları və kommunist ideologiyasının təbliğini qadağan edən bir neçə qanun qəbul edilib.